Dünya

Peyvəndləmə gələn həftə başlaya bilər – Britaniyada

“Pfizer” və “BioNTech” şirkətlərinin birgə koronavirus vaksini Böyük Britaniyada tətbiq olunması üçün razılıq alınıb.

Bu, Böyük Britaniyada qeydiyyata alınan ilk koronavirus vaksini olub.

Bu barədə ölkə hökuməti açıqlama yayaraq istifadə üçün tövsiyələri qəbul etdiyini deyib.
Yaxın günlərdə ölkə 10 milyon doza əldə edəcək. Peyvəndləmənin gələn həftə başlaması gözlənilir.
Qeyd edək ki, ilin sonunadək “Pfizer” və “BioNTech” vaksininin ABŞ və Avropa İttifaqında da qeydiyyata alınması gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button