
“Aznews tv”nın xəbərinə görə, bu barədə Germi şəhərinin Ümumi və İnqilab prokuroru Firuz Fərahani martın 31-də mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hadisə Germinin Azadlı kəndinin Səlalə çayında baş verən sel nəticəsində baş verib.
Prokuror iki azyaşlının meyitlərinin tapılması üçün Qızıl Aypara cəmiyyəti və sərhəd qüvvələrindən ibarət axtarış-əməliyyat qrupunun yaradıldığını bildirib.