Bölgə

Türkmənistanda prezident seçkilərində daha iki namizəd qeydə alınıb

Türkmənistanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində daha iki namizədi qeydə alıb.

Bu barədə MSK-nın saytında məlumat yayılıb.

Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin “Avaza” sanatoriyasının baş həkimi, Milli Qenqeş Məclisinin deputatı (parlamentin aşağı palatası – red) Qurbanov Berdimammet Xanməmmədoviç və Lebap vilayətinin maliyyə-iqtisadi orta ixtisas təhsili müəssisəsinin direktoru Begenjov Perhat Quvanchquliyeviç müvafiq namizədlik sertifikatları alıblar.

Fevralın 14-də MSK ilk olaraq hazırkı Prezidentin oğlu, parlament sədrinin müavini vəzifəsini tutan Serdar Berdiməhəmmədovun namizədliyini təsdiqləyib. Fevralın 16-da isə Aqrar Partiyasının namizədi Ağacan Bekmiradov seçki marafonuna qatılıb.

Xatırladaq ki, Türkmənistanda növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək

Related Articles

Bir cavab yazın

Back to top button