Dünya

Amerika: İran Yəmənə “səfir” adı altında sipah üzvünü göndərib

Amerikanın Xarici İşlər Vəzirliyinin sözçüsü Morqan Orteqas İran hökumətinin Sipah görəvlisini Yəmənə səfir qismində göndərdiyini söyləyib.
Dövlət dəftərinin sözçüsü yaydığı tvitində bildirib ki, İran hökuməti Lübnanın “Hizbullah” təşkilatı ilə bağlı Sipahın üzvü Həsən İrluyu “səfir” adı altında Yəmənə, qaçaq yollarla Husi yaraqlılarının yanına göndərib.
“Aydındır ki, İranın hədəfi Husi yaraqlılarından istifadə etməklə bölgədə öz dağıdıcı nüfuzunu genişləndirməkdir. Yəmən xalqı Həsən İrluya və İrana yox deməlidir”, – deyə Morqan Orteqas qeyd edib.
İran Xarici İşlər Vəzirliyi oktobrın 17-də İranın yeni səfiri Həsən İrlunun Yəmənin paytaxtı Sənaya getdiyini açıqlayıb. Paytaxt Səna şəhəri hazırda Yəmənin husi yaraqlılarının kontrolundadır. Qeyd edək ki, beş il öncə İranın Sənadakı səfiri Yəməndə toqquşmaların artmasından sonra ölkəni tərk edib.

Related Articles

Bir cavab yazın

Back to top button