Dünya

“Müharibə gözlədiyimizdən daha uzun çəkir”: Daha çox ölüm olacaq

Qəzza zolağında hərbi əməliyyatların başlamasından təxminən 48 saat sonra İsraildə vəziyyət ağırdır.

Aznewstv “The Guardian”-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü podpolkovnik Conatan Konrikus bildirib.

Onun sözlərinə görə, İsrailin cənubunda döyüşlər hələ də davam edir:

“Bu, gözlədiyimizdən daha uzun çəkir…”

“HƏMAS yaraqlılarının hələ də Qəzza zolağından İsrailə soxulması da mümkündür”,- deyən polpolkovnik İsrailin hava hücumlarının silahlıların sərhədi keçmək üçün toplaşdığı əraziləri hədəf aldığını bildirib.

Konrikus bildirib ki, şənbə günü hücum zamanı 1000-dən çox HƏMAS döyüşçüsünün İsrail ərazisinə daxil olduğunu təxmin edir. 700 israilli mülki şəxslər və hərbçilər həlak olub, 2100-dən çoxu yaralanıb. Onun sözlərinə görə, ağır yaralananların çoxluğunu nəzərə alsaq, daha çox ölüm gözlənilir:

“Bu, İsrail tarixində ən pis gündür. Heç vaxt bir gündə bu qədər israilli öldürülməmişdi”. 

O, ABŞ-a işarə edərək İsrail üçün həftə sonu hücumunun “11 sentyabra bənzədib.

Konrikus qeyd edib ki, İsrailin xeyli sayda mülki vətəndaşı və hərbi qulluqçusu girov götürülərək Qəzza zolağına göndərilib. O, rəqəmi dəqiqləşdirməyib, lakin bildirib ki, “bir çox israilli İsraildən zorla çıxarılıb”.

Onun sözlərinə görə, HƏMAS-ın hücumuna cavab olaraq İsrail Ordusunun hərbi cavabı iki əsas məqsəd daşıyır:

“Bu müharibənin sonunda HƏMAS-ın İsrail mülki əhalisini təhdid etmək üçün daha heç bir hərbi imkanları olmayacaq. HƏMAS Qəzza zolağına rəhbərlik edə bilməyəcək”.

İsrail ordusu bazar ertəsi bildirib ki, gecə ərzində Qəzza zolağında HƏMAS və “İslami Cihad”ın yüzlərlə hədəfini vurub.

Qırıcı təyyarələr, helikopterlər və artilleriya gecə ərzində Qəzza zolağında HƏMAS və “İslami Cihad”ın 500-dən çox hədəflərini, komandanlıq mərkəzlərini və HƏMAS-ın yüksək rütbəli rəsmisi Ruhi Məştənin iqamətgahını vurub.

Related Articles

Bir cavab yazın

Back to top button