İran

Tanınmış idmançı Xameneyinin son çıxışına cavab verdi

İran rəhbəri Əli Xameneyinin oktyabrın 14-də İslam Respublikasını ağaca oxşaması və onun kökündən çıxarılmasının mümkün olmadığı barədə ifadələrinə təpkilər verilməkdədir.

İranın tanınmış güləşçilərindən olan Əlirza Qudərzinin Xameneyinin çıxışı ilə bağlı özünün sosial media hesabında etdiyi paylaşım geniş yayılıb.

“43 il meyvə verməyən ağac nə suvarılır, nə də budanır; Onu kəsərlər”,- deyə, idmançı İslam Respublikasının devrilməsinin vacibliyinə işarə edib.

O, Əli Xameneyiyə xitabən “İran torpağı münbitdir və ona hansı toxumu səpsən bir neçə dəfə artığını yetişdirəcək.

İndi sən bacardığın qədər bu torpağa gəncləri basdır” deyə yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button