Azərbaycan

Qarabağın yenidən qurulmasında digər ölkələrin yeri və rolu

Ərdəbil ustanı son döyüşlərdə ərazilərinin önəmli bir bölümünü işğaldan azad etmiş Azərbaycan cümhurisi ilə əlverişli mərzi var. Ustan bu bölgələrin yenidən qurulmasında iştirak etmək üçün çox yaxşı imkanlara sahibdir. Ərdəbil ustanının Azərbaycan cümhurisi ilə olan mərzinin uzunluğu 380 kilometrdir. Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan da daxil olmaqla bu ölkənin işğaldan yenicə azad edilmiş bölgələri Ərdəbil vilayəti ilə mərzdə və ya mərz zolağının yaxınlığında yerləşir.
Son onilliklərdə Qarabağ savaşı zamanı tamamilə məhv edilmiş bu ərazilərin geniş miqyasda yenidən qurulmasına ehtiyac var. Bu alanda təcrübəli mütəxəssislərin həmin bölgələrin yenidən qurulmasında fəal iştirak etmələri üçün əlverişli imkan yaranıb.Qarabağda genişmiqyaslı yenidənqurma və tikinti işlərinin dövrü nəhayət gəlib çatıb. Bu işlərin həyata keçirilməsində Azərbaycan şirkətlərindən əlavə, dost ölkələrin şirkətlərinin də iştirakı gözlənilir.

Related Articles

Bir cavab yazın

Back to top button