İran

Amerika Senatının Xarici Əlaqələr Komitəsi İranla bağlı qanun layihəsini təsdiqlədi

Amerika Senatının Xarici Əlaqələr Komitəsi İranın pilotsuz təyyarələri ilə bağlı qanun layihəsini təsdiqləyib. Senator Bob Menendez qanun layihəsinin Senatın Xarici Əlaqələr Komitəsində qəbul edilməsini vacib adlandırıb.

Komitənin demokrat sədri iyunun 9-da bildirib ki, komitə “İranın pilotsuz təyyarələrini dayandırmaq” planını təsdiqləyib.

Daha əvvəl Nümayəndələr Palatası tərəfindən qanunvericilərin böyük əksəriyyətinin müsbət səsi ilə təsdiq edilmiş bu qanun layihəsinin müddəalarına əsasən bildirilir ki, Amerika bununla İran və İranla əlaqəli terrorçu və silahlı qrupların Amerika vətəndaşlarına və tərəfdaş ölkələrə qarşı hücumlarda istifadə oluna biləcək mövcud kommersiya komponentləri də daxil olmaqla, pilotsuz təyyarələrə əl tapmasının qarşısını alacaq.

Bu plan ABŞ-ın İran İslam Respublikasında silah embarqosu ilə bağlı qanununa uyğundur.

Qanun layihəsi Senat tərəfindən qəbul edilsə, ABŞ prezidentinin imzası ilə qüvvəyə minəcək.

Related Articles

Bir cavab yazın

Back to top button