İran

İranda şəkər tozu bahalaşıb

İranın Yeyəcək Maddələr Bönəkdarlar Birliyi təkcə bir ay ərzində şəkər tozunun yüzdə 45 bahalaşdığını bildirib. Birliyin başqanı Qasıməli Həsəninin sözlərinə görə, hazırda şəkər tozunun kilosunun ümdə qiyməti 8000-dən 11 min 650 tümənə qalxıb. Ancaq dövlət bu rəqəmi 6650 tümən olaraq açıqlayıb. Belə ki, məhsul bu qiymətə yalnız öncədən səhmiyəsi olan şəxslərə verilir. Həsəni bahalığın qıtlıqla ilgilisinin olmadığını  dilə gətirib.

Qeyd edib ki, şəkər tozu ötən illə müqayisədə daşıma və depolama xərcləri xaric yüzdə 75 bahalaşıb. İranın Amar Mərkəzinin yayımladığı son rapora görə, yeyinti məhsullarının qiymətində yüzdə 58 artım olub. Bahalaşmağa səbəb kimi dövlətin həddindən artıq ucuz qiymətə dolar verməsi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button