İran

Batı Azərbaycanın sənaye vahidlərinin yüzdə 25-i dayanıb.

Batı Azərbaycanın sənaye şəhərciyiylə nahiyələrində yerləşən sənaye vahidlərinin yüzdə 25-nə bərabər 350-si dayanıb. Batı Azərbaycanın sənaye vahidlərinin çoxu yəni yüzdə 56.9-u nağd pul çatmadığına görə durğun qalıb və bu durğunluğa ikinci amil məhsullarına bazarın olmadığıdır.
Habelə ortaqlar arasında ixtilaf, ilkin maddələrin təminində çatışmazlıq, eləcə dəsqahlarda nüqsan kimi məsələlər Batı Azərbaycanın karxanalarının durğunluğuna ayrı müşküllər sırasındadır.
İşləməyən vahidlər isə məmulən sərmayə yatırımcısı tapmaq üçün Sənaye Şəhərcikləri Qurumu tərəfindən sərmayə yatıran şirkətlərə yönəldilir. Ona görə də Əyalətdə işləməyən vahidlər üzrə iş quruhunun da yaradılması gərəkdir. İndilik Əyalətin sənaye şəhərciklərində 70 görüləsi projəsi vardır. Tolid vahidlərinin isə yenidən işə başlamaları çoxlu sayda təhsil almış və ya almamış işsizləri işlə məşğullğa və gəlirə sahib edə bilər.
Batı Azərbaycanın ustandarının iqtisadi işləri yönəltmə müavini Nadir Sadiqi bir müddətdir bildirib ki, 429 milyard tümən “Toliddə Artım” təshilatı, yüzdə üç yaranə ilə mütəqazilərə ödənilir.
Batı Azərbaycanın Sənaye Şəhərcikləri Şirkətinin müdiri Həsən Hatəmi də deyib: “ölkədə tolid və sənaye vahidlərinin orta durğunluq miqdarı yüzdə 18-dir, ölkədə isə sənaye vahidlərinin sayı 73 min vahid olmaqla, onlarda 522 min nəfər işləyir. Əyalətin Sənaye Şəhərcikləri Şirkəti bu il 80 sənaye vahidini dirçəltməli və tolid çərxəsinə qaytarmalıdır. Bu yöndə sənaye şəhəhrciklərində yerləşən 65 vahid, 15 vahid isə onlardan dışarıda vardır.
Qeyd edək ki, İran məsullarının sərriştəsizli ucubatından habelə yanlış siyasətlərinə görə yersiz təhrimlərin artması, bütün sahədə durğunluğa gətirib çıxarıb . Bu isə Millətin yaşamını acınacaqlı duruma salıb.

Related Articles

Bir cavab yazın

Back to top button