Azərbaycanİran

Urmiya Universiteti tələbəni təhsildən məhrum edib

Urmiya Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi Nərgiz Fədakarın bir ilə yaxındır ki, təhsil almasına və universitetə daxil olmasına qeyri-qanuni olaraq qadağan edilib.

Ölkənin tələbə həmkarlar ittifaqı şuralarının hesabatına görə, mühafizə rəisi ötən ilin 29 oktyabrında onun tələbə biletini aqressiv şəkildə götürərək hədələyib və universitetə qayıtmağının şərəfsizlik olacağını deyib.

Ertəsi gün heç bir əmr elan etmədən, iclas keçirmədən və mühafizənin əmri ilə bu tələbə gecə vaxtı yataqxanadan çıxarılıb.

Həmin tarixdən indiyə kimi bu tələbəyə yataqxanaya giriş qadağan edilib və o, hətta əşyalarını toplamaqda belə problemlərlə üzləşib.

Həmçinin onun təhsil sistemi noyabrın 1-dən qanunsuz olaraq bağlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button