Azərbaycan

Gürcüstan portalı xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır

Gürcüstanın nüfuzlu report.ge informasiya portalı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri barədə məlumat yayıb.

Rus, ingilis və gürcü dillərində dərc olunan xəbərlərdə 120 diplomatın ermənilərin Füzulidə törətdikləri vəhşiliklərlə yaxından tanış olduğu, bu vandalizmin onlarda dərin təəssüratlar yaratdığı vurğulanır.

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər Füzuli rayonunun tarixi, mədəniyyəti, təbiəti, müharibədən əvvəlki və sonrakı vəziyyəti, strateji əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, report.ge portalı, eyni zamanda, Ağdamın Şelli kəndindən Azərbaycan bayrağının ucaldılması barədə də məlumat yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button