İran

Həmədanda koronavirus qurbanlarının sayı artıb

“Son yeddi ayda koronavirusun yayılması Həmədanda 645 nəfərin ölümünə səbəb olub”. Bu barədə Tibb Elmlər danişgahının mətbuat vahidinin rəisi doktor Məhəmməd Taheri açıqlama verib. “Koronavirusun yayılması başlayandan bəri Həmədan ustanında 4.802 nəfərdə virusa tutulma görünüb. Onlardan 3.881 nəfəri sağalıb. Həmədan şəhərində 1.951, Məlayerdə 901, Nəhavənddə 498, Bahar şəhərində 316, Kəbudrahəngdə 313, Tuyserkanda 254, Rəzən və Dərgəzin şəhərində 236, Əsədabadda 117 və Famenin şəhərində 71 nəfər koronavirusa tutulub. Virusa tutulan 146 məriz ustan sakini deyil və Həmədan mərizxanalarına yerləşdirilib. Son 24 saatda Həmədanda 52 nəfərin Covid-19 testi müsbət çıxıb”,-deyə o, bildirib. Məhəmməd Taheri vurğulayıb ki, epideminin üçüncü dalğasını arxada qoymağın ən yaxşı yolu mask taxmaq, fiziki fasilənin qorumaq və izdihamlı yerlərdən uzaq durmaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button