Dünya

“Exit poll”: Netanyahunun partiyası İsraildə parlament seçkilərində qalib olub

İsrailin baş naziri Binyamin Netanyahunun rəhbəri olduğu “Likud” Partiyası ölkədə çərşənbə axşamı Knessetə (parlament) keçirilmiş seçkilərdə qalib gəlib və 120 yerdən 31-ni əldə edə bilər.

Bunu ölkənin “Kan” dövlət radiostansiyası tərəfindən keçirilmiş “exit poll”un nəticələri göstərir.

Nəticələr seçki məntəqələrinin yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 00:00) bağlanmasından sonra açıqlanıb.

Qeyd edilir ki, seçkilərin nəticələrindən sonra parlamentdə ikinci yeri 18 deputat mandatI ilə müxalifətçi Yair Lapidin “Eş Atid” tuta bilər. Sorğunun nəticələrinə görə, 3-cü yerdə 9 mandatla ŞAS partiyası qərarlaşıb. Bu partiyalarla bağlı analoji məlumatları “12-ci telekanal” da təqdim edib.

Related Articles

Bir cavab yazın

Back to top button