Azərbaycan

Milli fəalın girov qarşılığında müvəqqəti sərbəst buraxılmasına icazə verilmir

Vərziğan Prokurorluğu Behnam Zareinin müvəqqəti azadlığa buraxılması üçün girov təyin etməkdən imtina edib.

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsindən olan və iyulun 9-da həbs edilən, iyulun 27-də Əhər zindanına köçürülən milli-mədəni fəal Behnam zareinin ailəsinin müraciətlərinə baxmayaraq, Vərziğan Prokurorluğu Behnam Zareinin müvəqqəti azadlığa buraxılması üçün girov təyin etməkdən imtina edib.

Zarei iyulun 27-də Əhər şəhərinin zindanına köçürülüb və onun ailəsi ilə görüşü və telefon danışığına icazə verilmir.

Bu günə kimi Behnam zareinin barəsində dəqiq ittiham irəli sürülməsə də, onun Vərziğansəsi” sosial media şəbəkəsi vasitəsilə bölgənin problemləri, ətraf mühitin məhv edilməsi barədə paylaşımları ilə bağlı saxlanıldığı ehtimal edilir.

Behnam Zarei iyulun 9-unda Vərziğanın Köhnəli kəndində yerləşən şəxsi evində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Behnam Zarei kənd təsərrüfatı elmləri üzrə bakalavrlar və siyasi elmlər üzrə aspirantdır.

Related Articles

Bir cavab yazın

Back to top button