İran

DƏMAVƏNDDƏKİ ZƏLZƏLƏDƏ ÖLƏN VƏ YARALANANLAR VAR

5.1 gücündə zəlzələ ordibeheştin 19-u, cümə günü səhər saatlarında Tehran ustanının Dəmavənd şəhərinin ətrafını silkələyib.
Məlumatlara görə, zəlzələ ciddi xəsarətlər yaratmayıb.
Ölkənin Urjans İdarəsinin sözçüsü isə Tehran və Əlborz ustanlarında baş verən zəlzələ zamanı təşvişə düşərək qaçarkən ən azı 23 nəfərin yaralandığını, Dəmavənd bölgəsində isə bir nəfərin öldüyünü bildirib.
Zəlzələ Tehran və Əlborz, Qum və Qəzvin ustanlarında da hiss olunub.
Tehrandan yayılan görüntülərdə bir qrup vətəndaşın zəlzələdən qorxaraq xiyabanlarda və parklarda gecələdikləri görünür.

Related Articles

Bir cavab yazın

Back to top button