İran

İsrail Suriyada İranın müasir dronlarını hədəfə alıb

İsrailin Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşq şəhərinin qərbində yerləşən hərbi obyektləri vurub.

Bu barədə “Əl-Ərəbiyyə” telekanalının aprelin 14-də yaydığı məlumatda bildirilib ki, İsrail qüvvələri Dəməşqin qərbində İranın qabaqcıl dronlarını, habelə Suriya rejiminin hava hücumundan müdafiə sistemlərini və radar qurğularını hava hücumlarına məruz qoyub.

Xatırladaq ki, bundan öncə Suriya İnsan Haqları Müşahidə Qrupu Dəməşqin cənub-qərbində İsrailin hava hücumları nəticəsində ardıcıl partlayışların baş verməsi ilə bağlı xəbər yaymışdı.

Related Articles

Bir cavab yazın

Back to top button