Dünya

ÇİN İLƏ AMERİKA UÇUŞLARA DAİR İRƏLİLƏYİŞ ƏLDƏ EDİB

Çin ilə Amerika arasında uçaq şirkətləri tərəfindən sərnişin daşımalarına dair danışıqlarda irəliləyiş əldə olunub.
Bu barədə Çinin Xarici İşlər Vəzirliyinin sözçüsü Jao Lician bildirib.
O deyib ki, Amerika Nəqliyyat Bölməsi Çin hava yollarına iyunun 16-dan Amerikaya sərnişin daşımağın qadağan olacağını açıqlamışdı. “Bu barədə Çin dərin təəssüf hissini ifadə edir. Bizdə olan məlumata görə, Çin Mülki Aviasiya İdarəsi (CAAC) Amerika Nəqliyyat Bölməsi Departamentinə ciddi xəbərdarlıq edib. İndi hər iki tərəf müəyyən qədər irəliləyişə nail olublar. Çin müvafiq qaydalarda bəzi düzəlişlər edildiyini açıqlayıb. Ümidvarıq ki, Amerika bu məsələdə çətinliklər yaratmaz”.
Xatırladaq ki, dünən Amerika Nəqliyyat Bölməsi iyunun 16-dan, yaxud Tramp tərəfindən müvafiq qərar olarsa, daha tez Çin hava yolu şirkətlərinin iki ölkə arasında kommersiya sərnişin daşımalarının dayandırılacağını açıqlamışdı. Bununla yanaşı, Çin tərəfi Amerika hava yolları üçün daha əlverişli şərait yaratmaq üçün “fəaliyyətinə düzəliş versə”, bu qərarın da dəyişdiriləcəyi diqqətə çatdırıldı.
Çin bu il martın 12-dən xarici ölkələrin hər birindən yalnız bir hava yolu şirkətinin uçaqlarını qəbul etməyə başlayıb. Həmin şirkət həftədə bir dəfə müəyyən bir hava limanına və 75 faizədək yerlərin doldurulması şərtilə uçuşlar həyata keçirə bilərdi. Lakin iyun ayının 8-dən etibarən hər bir xarici hava yolu şirkəti Çinin seçdiyi və hökumət tərəfindən təsdiqlənən bir hava limanına həftədə 1 dəfə uçuşlar həyata keçirmək üçün müraciət edə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button