İran

ƏYYUB ŞİRİ HANSI HƏBS CƏZASINI ALDI?

1998-ci il aban etirazlarında tutuqlanmış Azərbaycanlı milli mədəni fəalı Əyyub Şiri Təbriz 2-ci keyfəri Daadgahı tərəfindən 1 il həbs və 74 zərbə cəzaya məhkum edildi. Cəza 1 il müddətinə təliq salınıb. Şiri 10 milyon tümən sağlamlıq əşyalarını ehtiyacı olan ailələr üçün təmin etməyə məhkum edilib.

Təbrizin 2-ci keyfəri daadgahının çıxardığı hökmə görə, Şiri “ictimai asayişi və rahatlığı pozduğuna görə” 1 il həbs cəzası və 74 zərbə şallaq cəzası aldı. Bu hökm 1 il müddətində təliqdə qalacaq.

Ayrıca, Şiriyə qarşı qaldırılan dadnamənin bir bölümündə də, bu hökmün təliqə salınmasına əlavə olaraq, koronavirusun yayılması və sağlamlıq əşyalarının bahalaşması və qıtlığı səbəbindən, 10 milyon tümənlik dəyərində olan, masklar, əlcəklər, yuyucular, əl dəsmalları kimi tibbi ləvazimatları Şiri tərəfindən alınmalıdır. Alınan vəsaillər Təbrizin İnqilab və umumi dadistanın nəzarəti altında ehtiyacı olan əlillər və müəyyən mərizlikləri olanlar üçün İmdad Komitəsi ilə uyğunlaşaraq təhvil veriləcək.

Xatırladaq ki, Əyyub Şiri 1398-ci ilin aban etirazları zamanı Təbrizdə əmniyyəti qüvvələri tərəfindən tutuldu və təxminən üç aylıqdan sonra Təbriz zindanına köçürüldü.
Şiri nəhayət 98-ci ilin isfənd ayının 7-sidə vəsiqə qarşılığında müvəqqəti olaraq azad edildi.

Related Articles

Bir cavab yazın

Back to top button