İran

İran prezidenti yenidən Ukraynaya hücuma görə Amerikanı günahlandırıb

O, bundan öncəki iddialarını təkrar edərək problemlərin qaynağının Amerika olduğunu iddia edib.

İran prezidenti İbrahim Rəisi Rusiyanın Ukraynaya qarşı hücumuna görə yenidən Amerikanı günahlandırıb və problemlərin qaynağının bu ölkə olduğunu iddia edib.

“Ukrayna xalqı, Əfqanistan, Yəmən və İraq xalqı kimi Amerikanın iblis siyasətlərinin qurbanına çevrilib”-deyə, İbrahim Rəisi Nazirləe Kabinetinin toplantısında çıxışı zamanı bildirib.

Qeyd edək ki, son günlər başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla İran rəsmiləri, o cümlədən prezident İbrahim Rəisi və başqa vəzifəlilər Ukraynadakı mövcud vəziyyətə münaisbət bildiriblər.

Onlar Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb, Amerikanı “şeytan” adlandırıblar.

İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button