Dünya

Putin 4 milyardlıq ödənişlə bağlı Türkiyəyə möhlət verdi- “Reuters”

Türkiyə Rusiya qazının 4 milyard dollarlıq ödənişini 2024-cü ilə qədər təxirə salmaq hüququ qazanıb.

Bu barədə “Reuters” Ankaradakı mənbələrə istinadən yazıb.

Türkiyənin energetika naziri Fatih Dönməzin ötən həftə açıqladığı müvafiq saziş “Qazprom” və “Botaş” dövlət enerji şirkəti arasında bağlanıb.

Mənbələrdən biri deyib ki, enerji qiymətlərinin artması buna böyük təsir göstərib.

O əlavə edib ki, Türkiyə enerji qiymətlərinin dinamikasından asılı olaraq yaxın aylarda daha çox ödənişi gecikdirə bilər.

Ötən ilin avqustunda Soçidə keçirilən görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putindən qaz güzəştini şəxsən istəmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button