İran

İranda koronavirusla bağlı son statistika

İranda ötən 24 saatda 247 nəfər koronavirusdan vəfat edib. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari söyləyib. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 52 196 nəfərə yüksəlib.
Nazirlik rəsmisi bildirib ki, daha 7 451 nəfər koronavirusa yoluxub. Beləliklə İranda virusa yoluxanların sayı 1 108 269 nəfərə çatıb. Virus daşıyıcılarından 5 723 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Sadat Lari deyib ki, İranda indiyədək 812 270 nəfər bu xəstəlikdən müalicə olunaraq sağalıb. Ölkədə indiyədək 6,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button