Dünyaİran

Ermənistan səfiri: Ermənistan İran malları üçün yaxşı bazar sayılır

Ermənistanın Tehrandakı səfiri əlƏhvaz əyalətinin imkanlarını və potensialını İranın ölkəsi ilə ticarətinin gəlişdirilməsində təsirli hesab edib.

O deyib: Araşdırmalar göstərir ki, Ermənistan, iranlı iş adamları üçün yaxşı bazar ola bilər.

Artaşes Tumanyan çərşənbə günü Ələhvaz Ticarət Odasında əhvazlı iş adamları ilə görüşdə iddia edib: Ermənistanın çox güclü bank sistemi var və pandemi şəraitinə və keçən ilki 44 günlük savaşa baxmayaraq, keçən ildən bəri ölkədə təvərrüm yüksəlməyib.

O artırıb: Bəzi göstəricilər üç milyondan çox əhalisi olan Ermənistanın Rusiya və başqa Orta Asiya ölkələrindən daha yaxşı bir bazara sahib olduğunu göstərir. Tumanyanın sözlərinə görə, İranın Ermənistanla illik ticarətinin həcmi 300 milyon dolardan çoxdur.

Bildirək ki, İran 90-cı illərdən sonra daim Ermənistan üçün nicat qapısı olub. Məhz İranın iqtisadi, nizami və siyasi dəstəyi sayəsində Ermənistan Qarabağı 30 ilə yaxın işğalda saxlaya bilmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button