İran

“İranda ümummilli etirazlar başlayandan bəri ən azı 62 jurnalist həbs edilib”-Jurnalistləri Müdafiə Komitəsi

Jurnalistləri Müdafiə Komitəsi noyabrın 15-də İranda həbs edilən jurnalistlərlə bağlı məlumat yayıb.

Beynəlxalq qurum İranda həbs edilən 62 jurnalistin siyahısını dərc edib və bildirib ki, bu siyahı İranda Jurnalistlərin Müdafiəsi Komitəsinin xəbər mənbələri, KİV-lər və Tehran Jurnalistlər Cəmiyyətinin məlumatlarına əsasən hazırlanıb.

Məlumatda 14 jurnalistin girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edildiyini və bir jurnalistin yenidən saxlanıldığını yazıb.

İran İslam Respublikasının təhlükəsizlik və kəşfiyyat orqanları və onlara yaxın bir sıra media ümummilli etirazların başlanması və onların davam etdirilməsinə səbəb kimi media və jurnalistləri günahlandırırlar.

Related Articles

Bir cavab yazın

Back to top button