Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

İsrail ordusu Amerika ilə birgə təlimlərə başlayıb

İsrail ordusunun Amerika ilə birgə manovra başladığı açıqlanıb. Məsələ ilə bağlı “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Məlumata görə, manovrda fərzi düşmənlər kimi İran, Lübnanın “Hizbullah” qrupu və Fələstinin müqavimət qüvvələri göstərilib.
İsrail ordusunun sözçüsü Oşayi Edrei bildirib ki, ölkəsi Amerika ilə birgə hava qüvvələrinin əməliyyatına bölgənin güneyində başlayıb. Tərəflərin 20 ildir ki, nizami əməkdaşlıq çərçivəsində manovr və təmrinlər keçirdikləri açıqlanıb.
Oşayi Edrei bildirib ki, bu il “Jennifer Falcon” manovru eyni vaxtda Alman, Amerika və İsraildə keçirilir. Təlimlər müxtəlif hava hücumundan difa, dəniz qüvvələri, tədarükat və tibbi bölmələrin iştirakı ilə baş tutur.
Qeyd edək ki, Amerika və İsrail uzun illərdir İranın atom fəaliyyətinə və uzaqhədəfli ballistik raketlər yaratmaq çabalarına qarşı çıxır.

Related Articles

Bir cavab yazın

Back to top button