Azərbaycanİran

Arxeoloqlar Babək qalasında təmir işlərinin dayandırılmasını istəyir

Onlar tarixi qalada aparılan işlərin abidənin tarixi dəyərinin məhvinə səbəb olduğunu deyirlər.

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs İdarəsinin “Bəzz” (Babək) qalasında təmir işləri aparıldığı barədə məlumatından sonra mütəxəssislər bunun dayandırılmasını istəyiblər.

Arxeoloq və tarixçi mütəxəssislər Mədəni İrs İdarəsinin təmir işlərinin qaydasız olduğunu, orada dəqiq arxeoloji araşdırılmalar aparılmadan yenidənqurmanın abidənin tarixi dəyərinin mhvinə səbəb olacağını deyiblər.

Onlar işə başlamadan öncə “Bəzz” qalasında geniş arxeoloji araşdırmaların aparılmasının, əldə edilən nəticələrin təsnifatlaşdırılması və arxivləşdirilməsinin vacibliyini bildiriblər.

Mütəxəssislərin fikrincə əgər tarixi Babək qalasında arxeoloji qazıntılar aparılsaydı, qala binasının dəqiq və konkret xəritəsi alınardı və həmin xəritə əsasında abidənin bərpası və yenidənqurulması işləri aparılması daha effektli olardı.

Hazırda qalanın yenidənqurulmasına məsul olan podratçı şirkətin Babək qalasının bərpası üçün vacib olan xəritədən heç bir məlumatı yoxdur və onlar yalnız mental xəritə əsasında bərpa işləri aparırlar.

Related Articles

Bir cavab yazın

Back to top button