Dünya

Qırmızı dənizdə yük gəmisi raketlə vurulub

Danimarkanın “Maersk” şirkətinə məxsus “Hangzhou” konteyner gəmisi Qırmızı dənizin cənubunda atəşə tutulub, bir raket gəmiyə dəyib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Sinqapur bayrağı altında üzən gəmi yardım istəyib, bundan sonra “Gravely” və “Laboon” esminesləri ona doğru hərəkət edib.

Komandanlıq bildirib ki, “Gravely” esminesi gəmiyə gedərkən Yəmənin husi üsyançılarının nəzarəti altında olan ərazilərdən atılan iki gəmi əleyhinə raketi vurub.

Vurğulanıb ki, raketin gəmiyə dəyməsi nəticəsində xəsarət alan olmayıb, gəmi hərəkətinə davam edib. Dəymiş ziyanın miqdarı barədə məlumat verilmir.

Related Articles

Bir cavab yazın

Back to top button