İran

İsraildə “Peykan 2” raket əleyhinə sistem sınaqdan keçirildi

İsrail Difa Vəzirliyi və Amerikanın Raketdən Difa Ajansı İsrailin mərkəzində “Peykan 2” raket əleyhinə difa sistemini sınaqdan keçirib. İsrail Difa Vəzirliyinin verdiyi məlumata görə, sınaq uğurla nəticələnib. Sınaq zamanı uzun hədəfli yerdən yerə raketi bəlli edilərək məhv edilib. Bildirilib ki, Amerika ilə bu tip sınaqların keçirməsinin məqsədi iki ölkə arasındakı dostluq münasibətlərini davam etdirməkdir. Habelə bu addım Amerikanın İsrail vətəndaşlarının əmniyətinə bağlı qaldığının göstəricisi kimi qiymətləndirilib. Bu həmkarlığın İsrail ordusunun dəniz, hava, quru və sayber sahələrdə gücləndirilməsi üçün davam etdirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edək ki, “Peykan 2” raket əleyhinə sistemin sınaqdan keçirilməsi, keçən il Alaskada keçirilən “Peykan 3” sınağının davamıdır. Məlumata görə, İsrailin raket əleyhinə difa sistemləri dörd təbəqədən ibarətdir. Bunlar qısa hədəfli raketlərin yaxalanması üçün “Dəmir günbəz”, orta hədəfli ballistik raketləri ələ keçirmək üçün “Davudun fəlaxəni , uzun hədəfli ballistik raketlərə qarşı “Peykan 2” və “Peykan 3” sistemləridir.

Related Articles

Bir cavab yazın

Back to top button