Azərbaycanİdman

“Qarabağ” rəqibini darmadağın etdi – VİDEO

Ağdamın “Qarabağ” klubu Çempionlar liqasının ikinci kvalifikasiya mərhələsinin cavab oyunu çərçivəsində İrlandiya çempionu olan “Dandolk”-u darmadağın edib.

Aznews.tv xəbər verir ki, klubumuz rəqibinə 3 cavabsız top vurublar. Qolları Aylton və Hayme Romero (2) vurub.

Beləliklə rəqibinə qalib gələn “Qarabağ” Çempionlar liqasıın üçüncü kvalifikasiya mərhələsinə vəsiqə qazanıb.

Klubumuzun növbəti rəqibi Kiprin APOEL komandası olacaq. Oyunlar 6/7 və 13 avqust tarixlərində keçiriləcək.

Qeyd edək ki, ilk oynunu ağdamlılar səfərdə keçirəcək.

Aznews.tv

 

 

Related Articles

Bir cavab yazın

Back to top button