İran

Məhəmməd Talibpurdan koronavirusla ilgili xəbərdarlıq

“İnsanların koronavirusa tutulmasının qarşısını almaq üçün sağlıq alanında daha çox tədbirlər görməliyik. Epideminin qarşısı alınmayanadək vəziyyət çətin olmağa davam edəcək. Bu mərizlik ən azı bir il yarım bizimlə olacaq və belə davam edərsə epidemi daha da sürətlənəcək”. Bu sözləri Sina mərizxanasının rəisi Məhəmməd Talibpur deyib. Sağlıq Vəzirliyi məqamlarının ön görmələrinə əsasən, indiki vəziyyət bir il yarım belə davam edərsə, hər gün 600-700 nəfər vəfat edəcək. Ümumilikdə isə virusa tutulma səbəbi ilə 300 minə yaxın şəxs canını itirəcək. Başqa sözlə, hər 300 nəfərdən biri koronavirusla ilgili ölüm riski altındadır. Bu rəqəm çox yüksəkdir və insanlar böyük səy göstərməsə, ölkənin sağlıq sistemi gücləndirilməsə çox sayda ölüm hallarının şahidi olacağıq”,-deyə o, bildirib.
Talibpur qeyd edib ki, bu təkcə İranda deyil, bütün dünyada baş verəcək. Çünki hazırda bu bütün dünyanı bürüyən bir problemdir.

Related Articles

Bir cavab yazın

Back to top button