Dünya

Parisdə kütləvi iğtişaşlar başladı

Fransada “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz aksiyaları davam edir.

Respublika meydanından başlayan aksiyada 50 minə yaxın insan iştirak edib. Nümayişlər ölkənin bir çox şəhərlərində keçirilib.

Parisdə polis əməkdaşları aksiyanı dağıtmaq üçün zorakılığa əl atıb. Belə ki, polislər xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Nəticədə etirazçılarla polislər arasında qarşıdurma yaşanıb. İnsident zamanı xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, 40-dan çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların arasında polislər də var.

Qeyd edək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə əsasən, xidmət zamanı polis və jandarma əməkdaşlarının görüntülərini lentə almaq qadağan edilir. Qadağanı pozan şəxslər üçün cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulub.

Etirazçıların fikrincə, yeni qadağa polis zorakılığının artmasına və mətbuat azadlığının məhdudlaşdırılmasına səbəb olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button