Dünyaİran

“Yedioth” qəzeti: İsrail İranla mübarizə üçün böyük miqdarda dəqiq silahlar alıb

İsrail dövlət yetkililərinə yaxın “Yedioth Ahronoth” qəzetinə bağlı “VayNet” saytı dekabrın 2-də Telavivin İranın atom təsisatlarına hücum üçün hazırlıq işləri gördüyünü yazıb.

Saytın yazdığına görə, İsrailin İranın atom mərkəzlərinə hücum etmək qərarına gəlməsi Tehran və dünya gücləri arasında danışıqların İranın atom silahı əldə etməsinin qarşısını almayacağı qənaətinə gəlməsindən sonra olub və bu üzdən bu gedişat İsraili nizami həmlə seçiminə yönəldib.

“İsrail ordusu İrana qarşı olası hücumlar üçün öz nizami hazırlığını ikiqat artırıb”, – deyə saytın məlumatında vurğulanıb.

Telaviv öz nizami güclərinin, özəlliklə də Hava Qüvvələrinin davamlı manovr və ittilaat bilgilərinin toplanması ilə özünü İranın atom təsisatlarına hücum üçün hazırlayıb.

Sözügedən sayt, habelə Avadanlıq İşləri üzrə Baxcanlar Komitəsinin noyabrın 27-də keçirilən toplantısında İsrailin difa vəziri Beni Qantzın «CH-53K Super Saor» model 12 helikopter alması və “Dəmir Günbəz” Hava Hücumundan qorunma Sistemlərinin istifadə düzeyinin artırılması ilə bağlı önərisini təyid edib.

Related Articles

Bir cavab yazın

Back to top button