Azərbaycanİran

Qarabağ sülh prosesi: Amerikanın İranı uzaqlaşdırmaq cəhdi və Türkiyə ilə Rusiyanın rolu

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani “Khabar Online” saytında yazır:

“Rusiyanın Ukraynaya təcavüzündən sonrakı dövrdə Qarabağ böhranının yekun həlli və Azərbaycanla Ermənistanın sərhəd ərazilərinin müəyyənləşdirilməsi və iki ölkə arasında sülh sənədinin imzalanması, habelə Ankara ilə Yerevan arasında münasibətlərin normallaşması istiqamətində Bakı, Yerevan, Tiflis, Ankara, Moskva, Brüssel və Vaşinqton tərəfindən Cənubi Qafqazda diplomatik fəallıq artıb və bəzi hallarda isə əməli addımlar atılıb.

Aydın görünən odur ki, Putinin Ukraynaya təcavüzündən sonra regional və qlobal hadisələr yeni mərhələyə qədəm qoyub. Beləliklə, Cənubi Qafqazda baş verən proseslər və xüsusilə yekun sülhə nail olmaq da bu vəziyyətdən qaynaqlanır.

Kreml etiraf etməsə belə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Cənubi Qafqazda mövqeyi sarsılıb və zəifləyib, qüvvələr balansı müəyyən qədər pozulub, yaranmış boşluq isə Azərbaycan, Türkiyə və Qərb üçün böyük imkanlar açıb.

Qərbin Rusiyaya tətbiq etdiyi embarqo nəticəsində Avropada yaranan enerji böhranı enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın qaz istehlakçıları üçün əhəmiyyətini artırıb və enerji təhlükəsizliyinə diqqəti çoxaldıb. Bu baxımdan, Qarabağda sülhün bərqərar olması üçün ABŞ və Avropanın səyləri artırılmalı və bununla əlaqədar aktyorlar arasında rəqabət tərəzisi Azərbaycanın xeyrinə ağır gələ bilər. Halbuki, Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Qərb üstüörtülü şəkildə Ermənistana və Azərbaycanın işğalına dəstək verirdi…”.(https://t.me/AzadIranTelegram/8956)

Related Articles

Bir cavab yazın

Back to top button