İran

Təbrizdə həbs olunan Milli fəallarla ilgili heç bir məlumat verilmir

Təbrizdə Dağlıq Qarabağa dəstək aksiyası zamanı tutuqlanan Güney Azərbaycanlı milli-mədəni fəallar Rəsul Rəzəvi, Hüseyin Əmir Hicri, Hüseyn Məhəmmədian, Səid Sultani və Babək Kiumərsinin taleyi barədə hələ də heç bir bilgi yoxdur. Milli-mədəni fəallar Hüseyn Əmir Hicri, Rəsul Rəzəvi və Hüseyn Məhəmmədian oktobrın 17-si Təbriz şəhərində İranın əmniyət qüvvələri tərəfindən tutuqlanaraq bilinməyən yerə aparılıblar. Onlar tutuqlandıqları andan bu günədək ailələri ilə heç bir təmas tuta bilməyiblər. Fəalların harada olması və durumları barədə heç bir məlumat verilmir. Oktobrın 4-də Culfa şəhərindəki iş yerində əmniyət qüvvələri tərəfindən heç bir məhkəmə hökmü təqdim edilmədən tutuqlanan fəallar Səid Sultani və Babək Kiumərsi haqqında da indiyədək heç bir məlumat yoxdur. Bildirək ki, Təbriz İnqilab Məhkəməsinin 16 saylı şöbəsinin bazporsu Seyyid Əli Musəvi fəalların vəsiqə qarşılığında azad edilmələri barədə qərar verməkdən imtina edir. Səbəb kimi azərbaycanlı fəallar barəsində açılan pərvəndənin yarımçıq qalması bildirilir. Həbs olunan fəalların ailələrinin sözlərinə görə, onlar məhkəmə və əmniyət orqanlarına müraciət ediblər. Ancaq bu günə kimi fəalların tutulma səbəbləri və irəli sürülən ittihamlar barədə heç bir bilgi əldə edə bilməyiblər. Bu da öz növbəsində fəalların ailələrinin nigaranlığını daha da artırıb.

Related Articles

Bir cavab yazın

Back to top button