İran

İranda dağılan kəndlərin sayı açıqlanıb

1979-cu il inqilabından sonra İranda 20.500 kənd tamamilə dağılıb və əhalisi şəhərlərə köçmək məcburiyyətində qalıb.

Bu barədə İranın Məsləhət Şurasının üzvü Əli Ağaməhəmmədi İran televiziyasına müsahibəsində deyib:
“İnqilabın əvvəlində 60.000 kəndimiz var idi, indi isə 39.500 kənd qalıb və onlardan 13.000-i gəlir çatışmazlığı olduğuna görə dağılmaq təhlükəsi ilə üz-üzədir”.

Xatırladaq ki, inqilabdan sonra Şərqi Azərbaycanda da yüzlərlə kənd dağılıb və əhali başqa yerlərə köçmək məcburiyyətində qalıb.

Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri fakültəsinin rəhbəri Behruz Sari, Şərqi Azərbaycanın 360 kəndinin tamamilə boşaldığını deyir.

Hazırda əyalətdə 700 kəndin su çatışmazlığı ilə üzləşdiyinə görə qarşıdakı illərdə daha çox kəndin boşalacağı ehtimal edilir.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button