İran

On minlərlə balığı necə tələf ediblər?

Savucbulaq şəhristanı Gürşilan kəndinin yaxınlığındakı çayda on millərlə balıq insan müdaxiləsi səbəbindən toplu şəkildə ölüb. Belə ki, bir neçə nəfər balıq ovlamaq üçün suya səmm va ya zəhər atmaqla balıqların toplu ölməsinə səbəb olublar. Sonra iri balıqları götürərək oranı tərk ediblər. Savucbulaq şəhristanı Yaşam Çevrəsini Qoruma İdarəsinin rəisi Faruq Süxənvər, “məcazi məkanda Gürşilan kəndinin çayında minlərlə balığın tələf olduğunu göstərən bir video paylaşılıb. Məsələ qoruma alayının gündəminə gətirildi. Araşdırılmadan bəlli oldu ki, bir və ya bir neçə nəfər balıq ovu üçün çayın gölməçələrinə səmm qatıblar. Bununla da sarıbalıq, çəki və sair balıq növlərindən 50 min balığın toplu ölməsinə səbəb olublar. Bu əməl qanuna ziddir və bütün kiçik-böyük balıqların ölmələrinə səbəb olur”, – deyə bildirib. Süxənvərın sözlərinə görə, yerlilərin həmkarlığı ilə bu hadisə üzrə 3 müttəhim tapılıb.

Related Articles

Bir cavab yazın

Back to top button