Azərbaycanİran

Qərbi Azərbaycanda kəndlilər etiraz aksiyası keçiriblər

Qərbi Azərbaycan əyalətinin Puldəşt şəhərinin Bəhlulabad kəndinin əkinçiləri bir araya gələrək etiraz aksiyası keçiriblər.

Əkinçilər yerli əhalinin öz torpaqlarından köçürülməsi üçün hökumətə bağlı qurumların təzyiq göstərdiyini deyiblər.

Kəndlilərin dediyinə görə, 4 ildir minlərlə hektar əkin yerlərinin su payı kəsilib və bu, onların müflis olmasına səbəb olub.

Narazılar “Əkinə 4 illik qadağa tədricən ölümün və kəndin boşaldılması deməkdir” yazılı plakatları qaldırıblar.

Related Articles

Bir cavab yazın

Back to top button