Dünya

Yaponiya Ukraynanın bərpası üçün 164 milyon dollar ayıracaq

Yaponiya hökuməti Ukraynaya 22,4 milyard yen yardım ayırıb.

Bu barədə Yaponiyanın Ukraynadakı səfiri ilə Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini Aleksandr Kubrakovun görüşündə bildirilib.

Tərəflər Ukrayna hakimiyyəti üçün 22,4 milyard yen (təxminən 164 milyon dollar) məbləğinin ayırılması üçün sənədlər imzalayıblar.

Ayrılan vəsaitin minatəmizləmə və dağıntıların təmizlənməsi, eləcə də Ukraynada infrastrukturun və kənd təsərrüfatının bərpasına yönəldiləcəyi dəqiqləşdirilir. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button