İran

Şərqi Azərbaycan valisini döyən hərbçi müvəqqəti azadlığa buraxılıb

Məlumatda Sepah polkovinikinin 300 milyon tümən girov qarşılığında məhkəməyə qədər sərbəst buraxıldığı bildirilir.

İran İnsan Haqları Təşkilatı oktyabrın 23-də Şərqi Azərbaycan əyalətinin yeni valisinə hücum edən SEPAH komandiri Əyyub Əlizadənin müvəqqəti olaraq azadlığa buraxıldığı barədə xəbər yayıb.

Məlumatda Sepah polkovinikinin 300 milyon tümən girov qarşılığında məhkəməyə qədər sərbəst buraxıldığı bildirilir.

“Polkovnik Əyyub Əlizadənin işinə hərbi məhkəmədə baxılır. Onun azadlığa çıxması üçün 300 milyon tümənlik girov qoyulmasına baxmayaraq sərbəst buraxılmır. Onu işgəncə edir və hücumun şəxsi zəmində baş verdiyi ilə bağlı etiraf almaq istəyirlər”-deyə, İran İnsan Haqları Təşkilatı bundan öncə oktyabrın 29-da yayınladığı məlumatda bildirmişdi.

Qeyd edək ki, oktyabrın 23-ündə İranın daxili işlər naziri Əhməd Vəhidinin iştirakı ilə Təbrizdə keçirilən mərasimdə Şərqi Azərbaycanın valisi döyülüb.

Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan vali Zeynəlabdin Rəzəvi Xurrəmi döyən Əyyub (Cəfər) Əlizadə də SEPAH komandiridir.

Valiyə hücum edən şəxsin və digər SEPAH komandirlərinin açıqlamaları göstərir ki, insident İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyində yaranan qarşıdurma və ixtilafların nəticəsidir.

Valini döyən polkovnik Əyyub Əlizadə yayınladığı yazılı açıqlamada etdiyi əməldən peşman olmadığını bildirib, valini munafiq, sistemə qarşı gedən xain adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button