Azərbaycanİran

Ərdəbil və Həmədanda etiraz aksiyaları başlayıb

Kütləvi etirazlarda gənclərin aktivliyinin daha çoxaldığı bildirilir.

Bundan öncə yayılan bildirişlərdə göstərilən saatdan başlayaraq Güney Azərbaycanın Ərdəbil və Həmədan şəhərlərində geniş etiraz aksiyaları başlayıb.

Hər iki şəhərdə kütləvi etiraz aksiyalarına qoşulanlar sırasında gənclərin və şagirdlərin fəallığının het-gedə daha çoxaldığı bildirilir.

İlkin məlumatlara görə, hər iki şəhərdəhökumət qüvvələri ilə etirazçı kütlə arasında qarşıdurmanın baş verdiyi, polis və xüsusi təyinatlı qüvvələrin müqavimətlə üzləşdikləri deyilir.

Xüsusilə Ərdəbilin Şəriəti küçəsində xüsusi təyinatlılara qarşı ərdəbilli etirazçıların dirənişi nəticəsində bir neçə nəfərin yaralandığı qeyd edilib.

Başqa bir neçə şəhərdə də nümayişlərin başladığı, ancaq bu gün yerli vaxtla səhər saat 10-dan internetin kəsildiyi üçün video və xəbərlərin gecikmə ilə yayılacağı ehtimal edilir.

 

Related Articles

Bir cavab yazın

Back to top button