İran

İranda kriptovalyuta sahəsində dələduzluq halları ötən illə müqayisədə 7 dəfə artıb

İranda "Fəta" polis idarəsinin (sosial mediaya nəzarət polisi) rəisi fevralın 6-da ölkədə kriptovalyuta sahəsində fırıldaqların sayının ötən illə müqayisədə 7 dəfə artdığını deyib.

İranda “Fəta” polis idarəsinin (sosial mediaya nəzarət polisi) rəisi fevralın 6-da ölkədə kriptovalyuta sahəsində fırıldaqların sayının ötən illə müqayisədə 7 dəfə artdığını deyib.

“Aznews tv”ın xəbərinə görə, Vəhid Məcid əməliyyatlarda kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadə etməyin qanunsuz olduğunu vurğulayaraq, bu sahənin dələduzluq və kiberhücumlara aid edildiyini bildirib.

Qeyd edək ki, bu açıqlamalar İslam Cümhuriyyətində son illərdə bəzi rəsmilərin kriptovalyutaları sanksiyalardan yayınmaq üçün təsirli vasitə kimi göstərmələri və qeyri-rəsmi məlumatlara görə, İranda kriptovalyuta istehsalı avadanlıqlarının və qurğularının əksəriyyətinin hərbi qurumlara və dövlət idarələrinə məxsus olduğu bir vaxtda səsləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button