İran

İraq: İrandan gələn suyun miqdarı azalıb

İraqın Su Qaynaqları Vəzirliyi Dərbəndixan və Dukan sədlərinə daxil olan suyun miqdarının azaldığını bildirib. Bunu “beynəlmiləl qayda və qanunlara zidd” adlandırıb.
Vəzirlik, habelə suyun səthinin aşağı düşməsinin kənd bölgələrində və ətraf ərazilərdə əkinçilər üçün çətinliklər yaratdığını və iki səddin su qaynaqlarına mənfi təsir göstərəcəyini qeyd edib.
“İran Zab çayının suyunu Urmu gölünə, Sirvan çayının suyunun bir hissəsinin Kermanşah və Zəhab bölgəsinin Sərpol suvarma projələrinə köçürüb. Bu addım beynəlmiləl qayda və qanunlara ziddir. Bu qanunlar bir çaydan suyun başqa çaya axıdılmasına icazə vermir”, – deyə İraqın Su Qaynaqları Vəzirliyinin açıqlamasında bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button