Azərbaycan

Uzun müddətli həbsə məhkum edilən mədəni fəal məzuniyyətə buraxılmır

Bu barədə Əkbər Nəiminin yaxınları məlumat veriblər.

Güney Azərbaycanın Xoy şəhərindən olan və uzun müddətli həbsə məhkum edilən mədəni fəal Əkbər Nəiminin yaxınlarının verdiyi məlumata görə, zindan məsulları  onun məzuniyyətə buraxılması ilə bağlı müraciətlərə cavab vermirlər.

Onların dediyinə görə, koronovirusun İran zindanlarında yenidən yayılmasına və çox sayda məhkumun virusa yoluxmasına, zindanlarda tibbi personel və dərman preparatlarının çatışmazlığına baxmayaraq, zindan rəhbərliyi və məhkəmə sistemi məsulları problemlə bağlı tədbir görmürlər.

Martın 9-da İran Zindanları Təşkilatının başçısı Qulaməli Məhəmmədi sərəncam imzalayaraq təhlükəli məhbusların tibbi və bayram məzuniyyətinə buraxılmalarına qadağa qoyub.

Güneyli fəalın məzuniyyətə buraxılmaması dil və mədəniyyət sahəsində çalışan Nəiminin İran hökumətinin gözündə təhlükəli məhbus olduğunu göstərir.

Qedy edək ki, Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olan azərbaycanlı mədəni fəal Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

Əkbər Nəiminin məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.
O, “qanunsuz qrupa üzv olmaq”, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq” ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Əkbər Nəimi ötən il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində tutularaq təxminən 2 ay təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanıldıqdan sonra 200 milyon tümənlik girov qarşılığında Evin Həbsxanasından müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

O, “Evrin” və “Yarpaq” kimi ekologiya və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumların təsisçilərindən və hakimiyyət tərəfindən fəaliyyəti dayandırılan “Günəbaxan Dərnəyi”nin qurucularından biri olub.

Əkbər Nəimi insan haqları fəalı və dil hüquqları müdafiəçisi kimi də tanınır.

Related Articles

Bir cavab yazın

Back to top button