Dünya

TÜRKMƏNİSTANDA KORONAVİRUSUN YAYILMASI KONTROLDAN ÇIXIB

Türkmənistanda koronavirusun yayılması artıq “kontroldan çıxıb”
Türkmənistanda koronavirusun yayılması artdıqca, hökümət Covid-19-a heç kimin tutulmadığını israr edir.
Aşqabadda tibb mərkəzlərinin, adlarının çəkilməsini istəməyən məs`ullarının verdikləri bilgiyə görə, ötən həftə Türkmənistan paytaxının ətrafındakı “Çoğanlı” keçici mərizliklər mərkəzində işləyən iki doktor koronavirusdan ölüblər.
Bu mənbələr habelə artırıblar: “Bir neçə gün qərəntinədə qalan həmin iki doktor xordadın 26-27-də həyatını itirib.
Türkmənistan, Şimali Kore və Aram Oqyanusda yerləşən bir neçə kiçik ada dövləti ilə yanaşı indiyədək heçbir koronavirusa tutulma barədə bilgi verməyib.
Bununla bağlı fikir bildirmək haqqı olmayan doktorlar deyiblər: “Türkmənistanın hər yerində koronavirusa tutulma var və virusun yayılması artıq “kontroldan çıxıb”.

Related Articles

Bir cavab yazın

Back to top button