İran

İran mediası: “Bakının “Hüseyniyyun” hərəkatının 41 üzvünü geri qaytarmaq cəhdi heç vaxt baş tutmayacaq”

SEPAH-a bağlı media orqanları Azərbaycanın baş prokuroru Kamran Əliyevin İrana səfəri və bu ölkəyə sığınan axtarışda olan Azərbaycan vətəndaşlarını geri qaytarmaq tələbi ilə bağlı materiallar yayıblar.

İranın “Gənc Jurnalistlər Klubu” (cavan) məsələ ilə bağlı verdiyi geniş məqalədə Azərbaycan Respublikasına qarşı ittihamlar səsləndirib və İran rəsmilərinin “şiələrə qarşı təzyiq”lər barədə iddialarını təkrar edib.

Yazıda bundan öncə Azərbaycan prezidenti İlham Əliyevin 20 nəfərin siyahısına təqdim etdiyi, bu cavabsız qaldıqdan bir müddət sonra Kamran Əliyevin siyahıya daha 21 nəfər artıraraq sayı 41 çatdırdığı. bununda cavabsız qalacağı qeyd olunub.

“Hüseyyun” qrupunun yaranma ideyasının 2013-cü ildə ortaya atıldığını yazan media orqanı, 2017-ci ildə rəsmi olaraq təsis edildiyini elan edən qurumun Suriyada İrana bağlı “Hərəm müdafiəçiləri” qrupuna aid olduqlarını etiraf edib.

“Gənc Jurnalistlər Klubu” (cavan)  Azərbaycanda ağır cinayətlər törətdiklərinə görə həbs edilən bir neçə şəxsin, o cümlədən Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətdiyinə görə saxlanılan Yunis Səfərovu əqidə məhbusu kimi qələmə verib.

Agentlik İranda fəaliyyət göstərən “Hüseyniyyun” qrupunun məsələ ilə bağlı bəyanatı dərc edib və Azərbaycan hökumətinin 41 nəfəri İrandan geri tələb etməsinin qorxudan irəli gəldiyini, İranın isə bundan öncə olduğu kimi bu tələbə əhəmiyyət verməyəcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button