Dünya

İsveç PKK tərəfdarını Türkiyəyə verəcək-Məhkəmə qərar çıxardı

İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına dair qərar verib.

Bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb.

“Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib”, – nəşr bildirib. Məhkəmədən sonra İsveç hökuməti indi ekstradisiya ilə bağlı qərar verməlidir.

Azvision.az xəbər verir ki, söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişinin taleyindən gedir.

Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.

Qeyd edək ki, qərar NATO-nun Vilnüs sammitindən bir müddət əvvəl verilib. Sammit iulun 11-12-də keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button