AzərbaycanİranMəqalələr

Məhəmmədhəsən xan Qovanlı-Qacar (1714-1758)

Məhəmmədhəsən xan Qovanlı-Qacar 1714-cü ildə Astarabadda dünyaya gəlmişdi.

Mükəmməl mədrəsə təhsili almış, atasının ölümündən sonra Qovanlı oymağına başçılıq etmişdi, 1746-cı ildə türkmənlərlə birləşib iki min Qacarın başında Nadir şaha qarşı qiyam qaldırmışdı. Nadir şah qiyamı yatırmış, Məhəmmədhəsən xan isə qaçmışdı.

1757-ci ildə Məhəmmədhəsən xan Urmiyaya hücum etmişdi. Əhalinin mərdliklə müqavimət göstərməsinə baxmayaraq, qoşun və döyüş vəsaitinin az olmasından dolayı şəhər xanın zərbələrinə uzun müddət davam gətirə bilməmişdi. Urmiya şəhərinə girən Məhəmmədhəsən xan illərdən bəri burada toplanan xəzinəni ələ keçirmişdi.

Məhəmmədhəsən xan Mazandaranda Şeyxəli xan Zəndlə döyüşdə məğlub olmuş, Astarabada qaçarkən Sınıqkörpü ətrafında 1758-ci ildə öldürülmüşdü.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button