Azərbaycan

Qərbi Azərbaycanda Universitet məzunları işsizdir

Qərbi Azərbaycanın Əmək və Sosial Təminat baş İdarəsinin rəhbəri Əbülfəz İbadi, əyalətdə işsizlərin 24%-nin Universitet məzunları olduğunu deyib.

O, son statistikaya görə, Qərbi azərbaycanda 144 min nəfərin işsiz olduğunu və işsizlik səviyyəsinin 9.5% təşkil etdiyini iddia edib.

“Əyalətdə işçi qüvvəsinin 33.1%-i kənd təsərrüfatı sahəsində, 25.4%-i sənayedə və 41.5% isə xidmət sahəsində çalışır”-deyə, Əmək və Sosial Təminat Baş İdarəsinin rəhbəri media nümayəndələri ilə görüşündə bildirib.

İbadi, əyalətdə işsizlik səviyyəsinin yüksək olmasının səbəblərindən biri kimi bir sıra istehsalat müəssisələrinin fəaliyyətlərinin dayandırılması olduğunu qeyd edib.

Qeyd edək ki, Əmək və Sosial Təminat Baş İdarəsinin rəhbərinin verdiyi statistikanın doğruluğu şübhə doğurur.

Ona görə ki, bundan öncə may ayında Qərbi Azərbaycan əyalətində işsizlərin sayı ilə bağlı verilən statistikada işsizlik səviyyəsi 13.3% göstərilib.

Bu müddət ərzində İranın əksər əyalətlərində olduğu kimi Qərbi Azərbaycanda da yeni müəssisələrin və iş yerlərinin açılması sahəsində irəliləyiş olmayıb.

Bundan öncə oktyabrın 28-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmunun Şəhər Şurasının Mədəniyyət Komissiyasının başçısı Gülşən Novruzi hökuməti şəhərlərə diqqət sahəsində ayrı-seçkilik etməkdə günahlandırıb.

O, bildirib ki, Urmu şəhərində marginallaşma və işsizlik ən böyük problemlərdəndir.

Gülşən Novruzi bildirib ki, sosial güzaranın ağırlığı gənclərin depressiyaya düşməsinə səbəb olur.

 

Related Articles

Bir cavab yazın

Back to top button