İran

Milli fəal doğum gününü zindanda qeyd etdi

Güney Azərbaycanlı fəal Tovhid Əmir Əmini doğum gününü Evin Zindanın Əndərzqah Bəndində qeyd edib. Məlumata görə, bu olay dünən 1399-cu il Murdad ayının 10-da baş verib. Artıq o , iki ildir ki, doğum gününü zindanda keçirməli olur. “Qoymayacayıq ki, Qorxu bizim gələcəyimizi əlimizdən alıb yaşamımızı müəyyənləşdirsin. Biz həqiqəti düşünüb Tanrının sözlərinə dayanaraq əqlani addım atacağıq.Qorxulu meydanlarda içimizdə olan inam gücü ilə baş uca çıxacayıq” deyə, milli fəal bildirib. Xatırladaq ki, Tovhid Əmir Əmini 97-ci ilin İsfənd ayının 1-də Dünya Ana Günü üzrə təbrik traketlərini paylamaq səbəbindən Kianuş Aslani ilə birgə tutuqlanıb. Milli fəala 7 il yarım həbs hökmü çıxarılıb. Qeyd edək ki, tutuqlandığı vaxtdan bəri Azərbaycan ictimaiyyəti onun barəsində nigarandır. Habelə insan haqları cəmiyyətləri fəalın azadlığa buraxılmasını istəyib. Ancaq İran əmniyyət qurumları ona mürəxəsi verilməsinə qarşı çıxıb.

Related Articles

Bir cavab yazın

Back to top button