İran

“Uluslararsı Əfv Təşkilatı”: İbrahim Rəisinin hökmü ilə İranda 264 nəfərin əli kəsilib

Uluslararsı Əfv Təşkilatı 13 azər 1399-cu il tarixli raporunda İbrahim Rəisinin İranın məhkəmə orqanlarında ən yüksək postlarda çalışdığı illərdə 264 nəfərin əlinin kəsilməsinə hökm verdiyini bildirib.

Məlumatlara görə, məhkumların əlinin kəsilməsi hökmü İbrahim Rəisinin çıxardığı qəddar hökmlərdən biridir. Uluslararsı Əfv Təşkilatının raporunda deyilir ki, İranın yeni prezidenti seçilən Rəisinin 264 nəfərin əlinin kəsilməsinə dair çıxardığı hökmlərin indiyədək 129-u icra və təyid edilib.

Məlumata görə, insan barmağını kəsmək üçün Giyotinə bənzər özəl dəstqah Urmu zindanına aparılıb və qeyd edilən tarixdə daha altı nəfər bu qeyri-insani hökmün icrasını gözləyirdi.

Bildirək ki, 1389-cu ildə İran məhkəməsinin başçısının birinci müavini olmuş Rəisi deyib: “Əl kəsilməsi hökmü bizim üçün böyük iftixarlardan sayılır”.

Related Articles

Bir cavab yazın

Back to top button